05 Dekabr 2022, 11:19
Qərbi Avstraliyada dünyanın ən güclü radio teleskoplarının inşasına başlanılır
Vajarri ölkəsində SKA-Low adlanan və 131.072 ədəd ağaca bənzər antena tikiləcək.
"Operativ Media" "The Guardian"a istiandən xəbər verir ki, nəhəng hökumətlərarası səy olan SKA bu əsrin ən böyük elmi layihələrindən biri kimi qiymətləndirilir. Bu, elm adamlarına kainat tarixinin ilk ulduz və qalaktikaların yarandığı vaxta nəzər salmağa imkan verəcək. O, həmçinin qaranlıq enerjini və kainatın niyə genişləndiyini araşdırmaq və potensial olaraq yerdən kənar həyatı axtarmaq üçün istifadə olunacaq.
SKA-Low, aşağı tezlikli radio siqnallarına həssaslığına görə belə adlandırılmışdır. O, mövcud müqayisə edilə bilən teleskoplardan səkkiz dəfə həssas olacaq və səmanın xəritəsini 135 dəfə daha sürətli çəkəcək.