http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Milli Məclisin sədri Qazaxıstanın və Tacikistanın ölkəmizdəki səfirləri ilə görüşüb

18 Yanvar 2024 , 19:11
Milli Məclisin sədri Qazaxıstanın və Tacikistanın ölkəmizdəki səfirləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildiriblər ki, görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğu, münasibətlərimizin ümumi dəyərlər, ortaq tarix, din, dil əsasında uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. S. Qafarova deyib ki, həm Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə kimi zəngin dövlətçilik ənənələri üzərində qurulub və bu gün həmin ənənələrə əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.

Söhbət zamanı Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.

Milli Məclisin sədri özünün Qazaxıstana, bu ölkənin Parlament Məclisinin sədri Yerlan Koşanovun isə ötən il Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb.

S.Qafarova qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini qeyd edib. Bildirilib ki, Milli Məclisin Qazaxıstanın Parlament Məclisi və Senatı ilə yüksək səviyyəli münasibətləri var. Tərəflər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti qeyd olunub.

Azərbaycanın əraziləri üzərində suverenliyini tam bərpa etdiyini xatırladan Milli Məclisin sədri bu uğuru həzm edə bilməyən bəzi dövlətlərin ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqeyinə toxunub, Fransanın son davranışlarında bunun aydın şəkildə göründüyünu deyib. O, Fransa Senatının son qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandırıb. Bildirib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn normalarına və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.

Səfir Alim Bayel də ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib, ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

x x x

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla da görüşüb.

O, Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını bildirib. Ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün görülən işlər qeyd edilib. Azərbaycan və Tacikistanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam etdirildiyi qeyd olunub. Milli Məclisin sədri özünün Tacikistana, bu ölkənin Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin, Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanin Azərbaycana səfərlərini, keçirilən görüşləri xatırladıb. Milli Məclislə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını da vurğulayan S.Qafarova qanunverici orqanlarımızın bir sıra beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiklərini vurğulayıb.

Səfir İlxom Abduraxmon ölkəsinin dost Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və bu əlaqələri yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
  • 08:29

    Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
Menyu