http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO

18 Yanvar 2024 , 21:49
Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO

Türkiyənin paytaxtı Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə TADİV-in Şuşa Konfrans Mərkəzində təşkil edilib.

Əvvəl şəhidlərin xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə 20 Yanvar faciəsinə həsr olunan qısametrajlı film və bu qanlı hadisədən sonra Türkiyənin İğdır vilayətində keçirilən Azərbaycana dəstək mitinqinin görüntüləri nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım və Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Suver çıxış ediblər.

Çıxışçılar Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü naminə uzun müddət mübarizə apardığını və bu müqəddəs amal uğrunda mübarizədə minlərlə Vətən övladının canlarından keçdiyini bildiriblər.

Azərbaycanın 20 Yanvar tarixini əsla unutmayacağını qeyd edən natiqlər 30 il işğal altında qalmış torpaqların azad edilməsi ilə şəhidlərin ruhunun şad olduğunu söyləyiblər.

Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinin əsasını qoyub.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb.

Anım mərasimində Türkiyənin dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, orada yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan hərbçilərimiz iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
  • 08:29

    Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
Menyu