Menyu

Nazir: Azərbaycan hökuməti Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb

Nərmin Qocamanlı
Nazir:  Azərbaycan hökuməti Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb

 

Azərbaycan hökuməti Davosda Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirilən "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru" sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair fikirlərimizi bölüşdük, həmçinin COP29-un əsas mövzusu olan qalıq yanacaqlardan asılılığı azaltmaq və "yaşıl enerji"ni təşviq etmək üçün maliyyə mexanizmləri üzrə ölkəmizin yanaşmasını müzakirə etdik. COP29-da "yaşıl" gündəliyə və qlobal iqlim fəaliyyətinə sadiqliyimizi bir daha vurğuladıq", - deyə nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər