Menyu

Ceyhun Bayramov Maldiv adalarının xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ceyhun Bayramov Maldiv adalarının xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

18 yanvar 2024-cü il tarixində nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən 19-cu Zirvə görüşü çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Musa Zameer ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Maldiv xarici işlər naziri ölkəmizi Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə təbriklərini çatdırıb, troyka üzvü kimi Azərbaycanın Hərəkatın daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyinə əmin olduğunu bildirib. Ölkələrimiz arasında turizm, hava nəqliyyatı, təhsil, və digər humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərfli və regional məsələlər müzakirə olunub.

***

13:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Uqandaya işgüzar səfəri çərçivəsində Maldiv adalarının xarici işlər naziri Moosa Zameer ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı ikitərəfli əlaqələrin perspektivləri, BMT, Qoşulmama Hərəkatı, İƏT, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Teqlər:

"Ceyhun Bayramov Maldiv adalar\u0131n\u0131n xarici i\u015fl\u0259r naziri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər