Azərbaycan "LinkedIn"lə potensial əməkdaşlıq sahələrini müzakirə edib
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov "LinkedIn" şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.
Davos İqtisadi Forumu çərçivəsində baş tutan görüşdə əmək bazarında və biznes seqmentində inteqrativ həllərin yaratdığı imkanlar, kadr potensialının müəyyən edilməsi istiqamətində sosial platformaların fəaliyyəti və potensial əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb.