Ceyhun Bayramov Əlcəzair XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə, iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
Son dövrlərdə Azərbaycan və Əlcəzair arasında qarşılıqlı təmasların artımının müşahidə olunduğunu məmnunluqla qeyd olunub.
Ölkələrimiz arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğu, mövcud imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr platformasının əhəmiyyəti qeyd edilib.
Nazir Əhməd Attaf, Azərbaycanın 4 il müddətində QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın dirçəldilməsində vacib rol oynadığını diqqətə çatdıraraq, göstərilən səylərə görə Azərbaycan tərəfinə təşəkkür edib. Əlcəzair ilə Azərbaycan arasında xüsusilə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təmasların daha da artırılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
17:02
Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Kampala Zirvə Toplantısı çərçivəsində Əlcəzair XİN başçısı ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında bildirib.
Görüşdə Azərbaycan və Əlcəzair arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə aid məsələlərlə bağlı müzakirələr aparılıb.