http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb

19 Yanvar 2024 , 17:33
Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb

18 yanvar tarixində  Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir müavini E.Məmmədov qarşıdakı seçkilərin Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra keçirilməsinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan Respublikasının vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov qarşıdakı Prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verib və hazırkı prosesin təşkilatın Azərbaycanda müşahidə etdiyi 11-ci seçki olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 09:21

    Tunisdə prezident seçkiləri keçiriləcək
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
  • 08:29

    Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
Menyu