http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

19 Yanvar 2024 , 18:51
Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Luminitsa Odobeskuya təqdim edib.

“Operativ Media” xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq və dostluq münasibətlərin əhəmiyyəti qeyd olunub. O cümlədən yüksək səviyyəli ikitərəfli səfərlərin, hökumətlərarası komissiyanın işinin və siyasi məsləhətləşmələrin gündəliyinə toxunulub.

İki ölkə arasında enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat və logistika layihələrinin perspektivləri istiqamətində əməkdaşlığın genişlənməsi imkanları müzakirə olunub.

Nazir Luminitsa Odobesku iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək Rumıniyanın ikitərəfli Strateji Tərəfdaşlığın inkişafına sadiqliyini bir daha təsdiq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
  • 11:57

    Yeni Zelandiyada zəlzələ olub
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 09:21

    Tunisdə prezident seçkiləri keçiriləcək
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
Menyu