http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ceyhun Bayramov somalili həmkarı ilə görüşüb - YENİLƏNİB

19 Yanvar 2024 , 20:29
Ceyhun Bayramov somalili həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşü çərçivəsində Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər ilə görüşüb.

XİN-dən "Operativ Media"ya bildirilib ki, görüş zamanı Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

C.Bayramov, iki ölkənin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı təmaslar və əməkdaşlığın münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə olunub.

Təhsil sahəsində ölkəmiz tərəfindən İslam Əməkdaşlıq Təşkilatı və QH-ya üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığı, həmçinin sözügedən proqramlarda Somalidən tələbələrin aktiv iştirakı qeyd edilib.

Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi səylərə, xüsusilə COVID-19 pandemiyası, habelə postpandemiya dövründə Hərəkat üzvləri arasında əlaqələndirmənin gücləndirilməsi istiqamətində təşəbbüslərin irəli sürülməsi ilə bağlı təşəkkür edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

19:52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki səhifəsində deyilir.

Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
  • 11:57

    Yeni Zelandiyada zəlzələ olub
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 09:21

    Tunisdə prezident seçkiləri keçiriləcək
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
Menyu