http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Berlində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib - FOTO

21 Yanvar 2024 , 14:45
Berlində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Azərbaycanın Almaniyadakı Səfirliyində Qara Yanvar şəhidlərinin anım günü bağlı tədbir təşkil olunub.

Bu barədə “Operativ Media”ya Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbir çərçivəsində faciəni əks etdirən foto-sərgi nümayiş etdirilib. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilk öncə tədbir iştirakçılarını Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib. Səfir 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı qırğınların törədildiyini, 250 mindən çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin salındığını qeyd edib.

Bildirib ki, bu qırğınlar və Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları haqlı olaraq xalqımızın hiddətinə və Azərbaycanda milli azadlıq hərəkatının daha da baş qaldırmasına səbəb olmuşdu. Nəticədə, milli azadlıq hərəkatının yatırılması məqsədilə Sovet qoşunları tərəfindən Bakıda Qara Yanvar faciəsi törədilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Moskvada bu faciənin törədilməsini sərt şəkildə pislədiyi qeyd edilib. Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının əzmini qıra bilmədiyi, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandıraraq, Azərbaycanda Sovet hakimiyyətinə son verildiyi və 1991-ci ilin oktyabr ayında Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi qeyd edilib.

Sonra Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdaniyə çıxış edərək, Qara Yanvar faciəsinin Azərbaycan xalqının milli özünüdərk prosesindəki rolundan danışıb. Almaniyanın yenidən birləşməsi və Azərbaycanın SSRİ-dən ayrılaraq öz müstəqilliyini bərpa etməsi arasında müqayisə aparan Yazdani, Qara Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunduğunu bildirib.

Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin ifası ilə davam edib. Sonda Qara Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
  • 11:57

    Yeni Zelandiyada zəlzələ olub
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
Menyu