Menyu

Sankt-Peterburq şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO

Sankt-Peterburq şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu barədə "Operativ Media"ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

“Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə öncə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

Tədbirdə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov çıxış edərək, 20 Yanvar faciəsinə gətirib çıxaran siyasi proseslər, SSRİ rəhbərliyinin ədalət tələb edən xalqımızı cəzalandırmaq cəhdinin uğursuzluqla nəticələndiyi, xalqımızın iradəsini sındıra bilmədiyi barədə danışıb, qanlı qırğınla bağlı xatirələrini bölüşüblər. Tariximizdə əbədi həkk olunan bu faciənin və müstəqillik yolunda dönüş nöqtəsinə çevrilmiş qəhrəmanlıq səhifəsinin heç bir zaman unudulmayacağı vurğulanıb.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib, şamlar yandırılıb. Soydaşlarımız və qonaqlar başsağlığı kitabında öz kədərlərini bir daha ifadə ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər