Aİ Yaxın Şərqlə bağlı beynəlxalq konfrans keçirmək istəyir
Nərmin Qocamanlı
"Aİ yaxın gələcəkdə siyasi dialoqa başlamaq üçün Yaxın Şərqdə sülh nizamlanması üzrə konfrans keçirməyi gözləyir".
"Operativ Media" xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Aja Labib Brüsseldə Avropa xarici işlər nazirləri görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Biz həmçinin az-çox yaxın gələcəkdə Brüsseldə sülh konfransı keçirməyi gözləyirik ki, bu da sülh prosesini yenidən başlamağa imkan verəcək”, - o, qeyd edib.