http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ötən il Hepatit A infeksiyasına yoluxma halları azalıb

23 Yanvar 2024 , 11:12
Ötən il Hepatit A infeksiyasına yoluxma halları azalıb

Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “Hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib.

Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir.

Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir.

Müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb. Aparılan monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib.

Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək

Özbəkistanla Azərbaycanın xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq ediləcək

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb

XƏBƏR LENTİ
  • 11:04

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq
  • 11:00

    Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək
    Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək
  • 10:52

    "Yüksəliş" imtahanı bölgələrdə də keçirilə bilər
  • 10:50

    Bu il ali məktəblərə qəbul balı artacaq? - RƏSMİ AÇIQLAMA
    Bu il ali məktəblərə qəbul balı artacaq? - RƏSMİ AÇIQLAMA
  • 10:49

    Azərbaycanda attestatla universitetlərə qəbul olacaq? - DİM sədri AÇIQLADI
  • 10:37

    Məleykə Abbaszadə: Builki keçid ballarının artması yüksək prestijli ixtisaslarda ola bilər
  • 10:36

    Məleykə Abbaszadə: Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub
  • 10:22

    Bakıda qanunsuz tikintilərin qarşısı alınıb (VİDEO)
Menyu