Menyu

ABŞ Özbəkistana 131 ton ərzaq yardımı göndərib

Nərmin Qocamanlı
ABŞ Özbəkistana 131 ton ərzaq yardımı göndərib
1 dəq oxu

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Özbəkistana 425 min dollar dəyərində 131 ton ərzaq çatdırıb.

"Operativ Media" Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin bu ölkədəki səfirliyinin mətbuat xidməti məlumat yayıb .

Məlumata görə, 2010-cu ildən bəri USAID-in ərzaq yardımı üzrə beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində Özbəkistana dəyəri 4,4 milyon dollardan çox olan 1500 ton ərzaq yardımı çatdırılıb.

Qeyd olunub ki, ABŞ hökumətinin son 20 ildə ölkəyə etdiyi yardımın məbləği 1 milyard dolları keçib.

Nərmin Qocamanova

 

Əlaqəli Xəbərlər