http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

XİN MSK ilə birgə diplomatik missiyalar üçün seminar keçirib

23 Yanvar 2024 , 15:37
XİN MSK ilə birgə diplomatik missiyalar üçün seminar keçirib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə birgə 2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüquqlarının təmin edilməsi məqsədilə ölkəmizin diplomatik missiyalarının əməkdaşları üçün 22 yanvar 2024-cü il tarixində video-konfrans formatında seminar təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbiri açaraq, 2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi üçün ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsinin yaradıldığını qeyd edərək, xarici ölkələrdə seçkilərin təşkili ilə əlaqədar həyata keçirilmiş tədbirlər, o cümlədən beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı görülmüş işlər barədə məlumat verib.  

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov ölkə hüdudlarından kənarda seçkilərin təşkili ilə bağlı Xarici İşlər Nazirliyi ilə birgə görülməkdə olan işlər barədə məlumat verərək, seçkilərin xarici ölkələrdə keçirilməsi ilə əlaqədar ölkə qanunvericiliyinin normaları barədə geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Qasımov xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün səsvermənin təşkil edilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında gündəlik əsasda intensiv əməkdaşlığın davam etdiyini və yaranan məsələlərin əlaqələndirilmiş qaydada həll olunduğunu vurğulayıb.

Seminar zamanı öncəki seçkilərdən fərqli olaraq bu seçkilərin keçiriləcəyi ölkələrin və xaricdə yaradılmış məntəqələrin sayında əhəmiyyətli artım olduğu və bunun da indiyədək keçirilmiş seçkilər üzrə ən yüksək göstərici olduğu bildirilmişdir.

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov çıxış edərək, seçkilərin keçirilməsi ilə əlaqədar görüləcək işlər, həmçinin seçkilərin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyinin Fəaliyyət Planı və Nazirliyin nəzdində yaradılmış Qərargah barədə məlumat verdi.

Görüşün sonunda seçkilərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının diplomatik missiyalarının çoxsaylı sualları cavablandırılıb.

Seminarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının aidiyyəti sahələr üzrə əməkdaşları və ölkəmizin xarici ölkələrdəki diplomatik missiyalarının səlahiyyətli nümayəndələri (video-konfrans formatında), o cümlədən diplomatik missiyalarda yaradılmış seçki məntəqələrinin aid olduğu dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu