http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

“Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında qlobal güclər dayanır”- Ekspert

23 Yanvar 2024 , 16:08
“Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında qlobal güclər dayanır”- Ekspert

Azərbaycan qalib gəldiyinə görə, Avropanın lobbizmi və erməni maliyyəsi əsasında formalaşan qurumlar tərəfindən cəzalandırılmağa başlayıb. Bu cəzalandırılma prosesində təkcə Avropa Şurası Parlament Assambleyası(AŞPA) yoxdur, müxtəlif sayda Parlamentariyalarda var, Avropa İttifaqında, ATƏT-də var”

Bunu “Operativ Media” ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Ekpertin sözlərinə görə, Avropa İttifaqı və digər təsisatlar bölgədə mövcud reallığı qəbul etmək istəmir:

“Biz əslində Avropa İttifaqına (Aİ) uzun müddət siyasi yox, hüquqi durum kimi yanaşmışıq. Daha doğrusu zamanında Qarabağ problemi bizi məcbur edirdi ki, bu cür təsisatlarda Ermənistan varsa biz də olaq. Bu da əslində elə Avropanın standartdan kənar mövqeyinə görə olmaq məcburiyyətində qalmağımız kimi idi. Amma, problemin əslində həlli və ya transformasiyası Qarabağ müharibəsindən sonra baş verən proseslərdədir. Əgər bu regional təşkilatların mövqelərində dəyişiklik varsa, bu Azərbaycanın siyasəti ilə bağlıdır. Yəni Azərbaycan qalib gəldiyinə görə Avropanın lobbizmi və erməni maliyyəsi əsasında formalaşan qurumlar tərəfindən cəzalandırılmağa başlayıb. Bu cəzalandırılma prosesində təkcə Avropa Şurası Parlament Assambleyası yoxdur, müxtəlif sayda Parlamentariyalarda var, Avropa İttifaqıda, ATƏT-də, insan haqlarına dair bütün təşkilatlar da var. 

Əziz Əlibəyli bildirir ki, baş verən proseslərin arxasında qlobal ölçüdə güclər dayanır. Ölkələrin və təsisatların Azərbaycana qarşı mövqeyinin dəyişməsinin əsas səbəblərindən biri də qarayaxma kampaniyalarıdır:

“Fransanın dəyişən mövqeyində də bu var. İndi Fransanın üstündən Almaniyanı da Azərbaycana qarşı qoymaq prosesinə start veriblər. Bu baxımdan proses Azərbaycanın əleyhinə yekunlaşmayacaq. Həqiqətən ciddi nəticələr doğuracaqsa, bu Avropanın özü üçün də belə olacaq. Hüquqi plastarm kimi baxdığımız regional təşkilata, bir Avropa qurumuna siyasi qurum olduğu həqiqətini də üzünə demək zamanı gəlib çatıb. Azərbaycan da bunu diqtə edəcək”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu