Menyu

“Ermənistanın bəyanatları vəziyyəti gərginləşdirəcək”-Politoloq

Redaksiya
“Ermənistanın bəyanatları vəziyyəti gərginləşdirəcək”-Politoloq

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı fikirlər səmimi deyil. Çünki bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayır, digər tərəfdən isə ölkəmiz əleyhinə sabotajlar edir”.

Bunu “Operativ Media”ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanın hazırki siyasəti sifariş əsasında formalaşır.

“Ermənistanın sülhlə bağlı reallıqlarını qərbdən gələn sifarişlə delimitasiya ilə bağlı provakasiyon açıqlamalar verməsi, Azərbaycanın inkişafı ilə bağlı, Azərbaycanın bölgəsəl gücə çevrilməsi ilə bağlı həzm edə bilmədiyi ilə məqamlar var. Həm də Ermənistan müstəqil bir dövlət deyil. Nə qədər özünü müstəqil göstərsə də, xarici güc faktorlarının əlində oyuncağa çevrilmiş bir ölkədir. Belə bir ölkədən biz hər zaman müxtəlif təxribatları, dırnaqarası mövqeləri görə bilərik”.

Tural İsmayılov deyir ki, Ermənistanın bəyanatları vəziyyəti gərginləşdirəcək.

Digər tərəfdən bölgədə sülhün əldə edilməsi ilə Ermənistandan istifadə etmək imkanlarının daralacağını düşünən 3-cü tərəflər var. Fransa başda olmaqla bir çox qüvvələr istəmirlər ki, Azərbaycan və  Ermənistan arasında yekun müqavilə imzalansın. Bütün bu faktların olması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalamasını təhdid edir. Ermənistanın mövcud durumu daha da mürəkkəbləşdirmək üçün səsləndirdiyi bəyanatlar vəziyyəti daha da gərginləşdirəcək”.

Teqlər:

"\u201cErm\u0259nistan\u0131n b\u0259yanatlar\u0131 v\u0259ziyy\u0259ti g\u0259rginl\u0259\u015fdir\u0259c\u0259k\u201d-Politoloq"

Əlaqəli Xəbərlər