Ermənistan və Azərbaycanın XİN rəhbərləri, eləcə də ABŞ dövlət katibi arasında telefon danışığı baş tutub.
Amerika tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Ararat Mirzoyan, Ceyhun Bayramov və Entoni Blinken Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasını müzakirə ediblər.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər", - nazirlikdən bildiriblər.