http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“AŞPA bəzi qüvvələrin alətinə çevrilib”-politoloq

25 Yanvar 2024 , 16:05
“AŞPA bəzi qüvvələrin alətinə çevrilib”-politoloq

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə verilən qərar beynəlxalq qurumun müstəqil fəaliyyət göstərmədiyinin bariz nümunəsidir. Azərbyacana təzyiq etməyə çalışan AŞPA bəzi qüvvələrin alətinə çevrilib”.

Bunu “Operativ Media”ya açıqlamasında politoloq İlkin Quliyev deyib.

Politoloqun sözlərinə görə, çirkin kampaniyanın arxasında dayanan əsas məqsədlərdən biri beynəlxalq arenada anti-Azərbaycan mövqeyi formalaşdırmaqdır. 

“Haqdan ədalətdən danışanlar Azərbaycanı bütöv şəkildə görmək istəmirlər. Səsləndirilən ittihamlar tam əsassızdır. Azərbaycana qarşı olan etnik təmizləmə zamanı susub oturmuşdular. 30 il 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün düşdüyü vəziyyətə göz yuman, onların hüquqlarının pozulmasını görməzdən gələn bir qurumun belə addım atması riyakarlıqdan başqa bir şey deyil. Fransa və erməni lobbisi AŞPA-nı ələ keçirib. Onların niyyəti ölkəmizə təzyiq etmək, uğurlarımızı ləkələməkdir”.

Politoloq deyir ki, baş verənlər onu göstərdi ki, heç kəs belə qərarlarla Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməz.

“Baş verənlər heç bir halda təsadüf deyil. Bütün bunlar boş yerə gündəmə gəlməyib. Fransa, Almaniyda aylardır ki, etiraz aksiyaları keçirilir. Polis zorakılığı göz qabağındadır. Amma heçkim heçnə demir. Avropa Şurası Azərbaycanın suverenliyini qəbul edə bilmir. AŞPA öyərişib ki, müdaxilə etsin və ölkələrin daxili işlərinə qarışsın. Onlar unudurlar ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Bölgənin siyasi reallığı dəyişib. Azərbaycan Avropa Şurasından asılı deyil. Bu qurum ölkəmizin milli maraqlarından üstün ola bilməz. Bizə qarşı olan bütün təşkilatlara verəcəyimiz cavab əslində elə budur”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 18:02

    İsrail qırıcıları “Hizbullah" hədəflərinə hücum edib
  • 17:38

    Ermənistanda hərbi hissədə hərbçi güllələnib
  • 17:21

    Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Menyu