Menyu

Hikmət Hacıyev verdikləri dəstəyə görə türkiyəli siyasətçilərə təşəkkür edib

Hikmət Hacıyev verdikləri dəstəyə görə türkiyəli siyasətçilərə təşəkkür edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AŞPA-da baş verənlərlə bağlı Azərbaycana dəstəyini nümayiş etdirən türkiyəli siyasətçilərə təşəkkür edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə o, "X"də paylaşım edib. 

H.Hacıyev Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya ünvanladığı tvitdə yazıb:

"Dəyərli Mevlüt bəy AŞPA-da Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə".
 
Eyni zamanda, H.Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altuna müraciətində qeyd edib: 

"Dəyərli və əziz Qardaşım daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və Kommunikasiya İdarəsi olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər