Menyu

Yaxın günlərdə delimitasiya və demarkasiya komissiyaları yenidən görüşəcək - Ceyhun Bayramov

Yaxın günlərdə delimitasiya və demarkasiya komissiyaları yenidən görüşəcək - Ceyhun Bayramov

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir.

Ötən ilin sonunda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətinin sərhəddə görüşünün keçirildiyini xatırladan Ceyhun Bayramov qeyd edib ki, belə bir görüşün yaxın günlərdə yenidən baş tutması nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər