http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

06 Dekabr 2022 , 14:59
"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar və digər rəsmilər "Qardaş yumruğu" təlimini izləmək üçün təlim poliqonuna gəliblər. Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər.

General-polkovnik Z.Həsənov və cənab H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları isə xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib. Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib.

OXŞAR XƏBƏRLƏR
ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

XƏBƏR LENTİ
  • 17:07

    Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların külli miqdarda pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
  • 17:02

    Pezeşkian: "İran qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək niyyətindədir"
  • 16:54

    Gürcüstan baş naziri Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışıb
  • 16:53

    Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib
  • 16:48

    Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı
  • 16:44

    Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib
  • 16:35

    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
    ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir
  • 16:32

    Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq
Menyu