Avropa Fələstinli qaçqınların maliyyələşdirilməsini müvəqqəti olaraq dondurur
Redaksiya
Böyük Britaniya və Finlandiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyi dayandırmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Avropa ölkələri UNRWA-nın bəzi işçilərinin İsrailə qarşı hərbi əməliyyatlarda iştirak etdiyinə dair xəbərlərə görə maliyyə dəstəyini kəsib.