Menyu

Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək

Operativ Media
Gürcüstan Ukraynaya hərbi yardım göstərməyəcək

Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək. 

"Operativ Media"nın xəbərinə görə, bunu “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

“Gürcüstan öz imkanlarından artıq humanitar yardım göstərir və hərbi yardım göstərə bilməz və göstərməyəcək, çünki Ukraynadan sonra risk altında olan bir nömrəli ölkə hərbi dəstəkçi kimi qeyd oluna bilməz”, - Mdinaradze vurğulayıb.

Qeyd edək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov gürcüləri Ukraynaya silah və texnika göndərməməkdə ittiham edib.

Əlaqəli Xəbərlər