"Peyvənddən sonra da qızılcaya yoluxmaq mümkündür" - İnfeksionist
Nərmin Qocamanlı
"Peyvənddən sonra da qızılcaya yoluxmaq mümkündür. Lakin, bu zaman xəstəlik ağır olmur".
Bunu "Operativ Media"ya açıqlamasında infeksionist Zaur Əliyev deyib.
İnfeksionistin sözlərinə görə, ölkə ərazisində yayılan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb:
"Hətta bəzi vətəndaşlar, uşaq yaşlarında peyvənd olunmalarına baxmayaraq, xəstəliyə yoluxduqlarını deyirlər. Peyvənndən sonra təbii ki, belə hallar mümkündür. 15-20 il keçdikdən sonra peyvəndin yaratdığı immunitet təbii ki, zəifləyərsə, olar. Belə halda peyvənd almış şəxs də qızılcaya yoluxa bilər".
Zaur Əliyev deyir ki, qızılcadan qorunmaq üçün ən təhlükəsiz və təsirli vasitə məhz peyvənddir:
"Peyvənd olunan insan xəstəliyə yoluxmur. Yoluxarsa, belə yüngül keçirir. Ən düzgün seçim vaxtında peyvənd olmaqdır. Daha əvvəl qızılca xəstəliyi keçirən insan yenidən bu xəstəliyə yoluxmur. Eyni zamanda, iki doza peyvənd olunanlar da xəstəliyə ya yoluxmur, ya da yüngül formada keçirir".
Teqlər:
"\"Peyv\u0259ndd\u0259n sonra da q\u0131z\u0131lcaya yoluxmaq m\u00fcmk\u00fcnd\u00fcr\" - \u0130nfeksionist"