Menyu

Əziz Ələkbərli: “Ermənistanı Qərbi Azərbaycan İcması ilə birbaşa dialoqa çağırırıq”

Redaksiya
Əziz Ələkbərli: “Ermənistanı Qərbi Azərbaycan İcması ilə birbaşa dialoqa çağırırıq”

"Ermənistanın bölgədə yaşaması və dövlətçiliyini qoruması yalnız Qərbi Azərbaycanla bağlı məsələnin həllindən asılıdır".

"Operativ Media" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədri, millət vəkili Əziz Ələkbərli bildirib.

Əziz Ələkbərli erməniləri İcma ilə birbaşa dialoqa çağırıb:

"Qərbi Azərbaycan İcması olaraq biz erməniləri bir daha ağıllarını başlarına yığmağa İcma ilə birbaşa dialoqa çağırırıq. Ermənistanın bölgədə yaşaması, Ermənistanın öz dövlətçiliyini qoruması yalnız bu yoldan asılıdır. Bütün qonşu dövlətlərlə düşmən şəraitində yaşamaq mümkün deyil. İnkişaf etmək mümkün deyil. Ermənistanın bugünkü siyasi rəhbərliyi nəhayət ki, bunu başa düşməlidir. Azərbaycan və Türkiyə ilə münasibətləri normal məcraya yönəltməlidir və bunun üçün də ilk addım olaraq Qərbi Azərbaycan İcması ilə birbaşa danışıqlara gedib, Qərbi Azərbayan qaçqınlarının maraqlarını təmin edib, dinc yolla onların öz doğma ocaqlarına, ata-baba yurdlarına qayıtmasını təmin etməlidir".

Əziz Ələkbərli vurğulayıb ki, hazırda rəsmi İrəvan 44 günlük müharibədə rəzil duruma düşən ordusunu gücləndirmək istiqamətində fəallaşıb.

Millət vəkili hesab edir ki, Ermənistan növbəti dəfə revanşizim meyillərini gücləndirib müharibəyə qalxsa dəmir yumruq ilə başı əziləcək və heç kim onlara kömək etməyəcək:

"Bu gün də Ermənistanın bütün hərəkətləri, bütün danışıqları yenidən silahlanmağa, yenidən güc toplamağa, yeni müharibəyə hazırlaşmağa hesablanıb. Bu Ermənistanın xislətidir. Ermənistan bu bəladan heç cür qurtara bilmir. Bütün bunların nəticəsi nə olacaq? Nəticəsi o olacaq ki, Ermənistan yenə dəmir yumruq altında qalacaq və heç kəs ona kömək etməyəcək. Bir günlük antiterror əməliyyatında olduğu kimi. Ermənistan yaddan çıxarmasın ki, bu gün onun ən böyük problemi daha Qarabağ məsələsi deyil. Bu gün onun əsas məsələsi Qərbi Azərbyacana, doğma yurdlarına qayıtmaq istəyən 35 il əvvəl qırğınlar ilə qovduqları bu gün sayları 500 mini ötən Qərbi Azərbaycan qaçqınlarıdır. Biz dinc yol ilə qayıtmaq istəyirik".

Teqlər:

"\u018fziz \u018fl\u0259kb\u0259rli: \u201cErm\u0259nistan\u0131 Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131 il\u0259 birba\u015fa dialoqa \u00e7a\u011f\u0131r\u0131r\u0131q\u201d"

Əlaqəli Xəbərlər