Menyu

"AŞPA-nın siyasi riyakarlığına cavab olaraq Azərbaycanın AŞPA-da iştirakının dayandırılmasını düzgün hesab edirik"

Redaksiya
"AŞPA-nın siyasi riyakarlığına cavab olaraq Azərbaycanın AŞPA-da iştirakının dayandırılmasını düzgün hesab edirik"

"20 ildir ki, Ali Baş Komandanımız Cənab İlham Əliyevin bugünədək qəbul etdiyi siyasi, iqtisadi, sosial və hərbi qərarların müsbət nəticələrini Azərbaycan müəllimi, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Qəhrəman, Şəhid bacısı kimi, şahidiyəm. AŞPA-nın siyasi riyakarlığına cavab olaraq Azərbaycanın AŞPA-da iştirakının dayandırılmasını düzgün hesab edirik.

Qalib Vətənin, Qalib Liderini gözləri götürə bilməz!

Çünki biz humanist, mərhəmətli, Milli dəyərləri, Mənəviyyatı yüksək olan bir Xalqıq!

Bütün canlılar ağrını eyni cür hiss edir. AŞPA-nin isə ikili, qərəzli yanaşma tərzi, insani hisslərdən məhrumdur. AŞPA —animalistik janra, təbiət hadisələrinə, faunaya diqqətlə baxsın. Bir canlı maralın yanında, başqa birini kəsməzlər, çünki kəsilənin ağrısını hiss edib, gözlərindən yaş süzülər.

AŞPA Xocalı soyqırımına kor qaldı...həm də 30 il...

Hüseyn Cavidin "Ananın qatili" əsərində, Ana öz oğlunun qatilini arxasında gizlədir. Çünki ananın üstünə qaçaraq imdad diləyən bir düşməni, ancaq Türk kökənli Azərbaycan xanımı, İslam dininin, Qurani Kərimin Böyüklüyü fəlsəfəsi xatirinə qoruyur.

Mən 1984-cü ildən bəri, ermənilərin başımıza gətirdiyi vəhşiliklərə, öz dədə - baba yurdumuzda haqqımızın tapdandığına cavab istəyirəm—AŞPA nümayəndəliyi! Niyə, nə idi günahı bir günlük körpəmin, ermənilər saçını yolub döydülər?

Niyə bizim yeməyimizin içinə milçəkləri öldürüb yığanları görməkdə korsan, eşitməkdən karsan, danışmaqda lalsan?

Niyə mən öz dədə-baba yurdumda, hüquqları tapdanmış yaşamalıydım?

Niyə mənə nəqliyyatda Türksən deyib ayaq üstə dur deyilirdi, erməni milliyətindən olanlar isə oturmalı idi?

Niyə biz talan, viran, güllə boran olmalı idik?

Düşünün, qonşunuz sizi evinizdən çixardıb özü yerləşir.

Niyə 30 ildə işğal altında saxladıqları Qarabağımızda ermənilər daşı-daş üstə qoyub, torpağı sevindirmədilər, sinəsini cadar-cadar etdilər?

Məscidlərimizdə inək, donuz saxladılar.

Bu qədər kar, kor, lalsınız?

Eşidin və bilin, Tarixi torpaqlarımız olan dədə-baba yurdumuza qayıdış BİZİM HAQQIMIZDIR!"

Afidə Cəlal qızı Əhmədova.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü.

Teqlər:

"\"A\u015ePA-n\u0131n siyasi riyakarl\u0131\u011f\u0131na cavab olaraq Az\u0259rbaycan\u0131n A\u015ePA-da i\u015ftirak\u0131n\u0131n dayand\u0131r\u0131lmas\u0131n\u0131 d\u00fczg\u00fcn hesab edirik\""

Əlaqəli Xəbərlər