Yaponiyanın baş naziri Çinlə konstruktiv əlaqələr qurmaq niyyətindədir
Nərmin Qocamanlı
Yaponiyanın baş naziri Çin ilə konstruktiv, sabit və strateji cəhətdən qarşılıqlı faydalı əlaqələri davam etdirmək niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bu barədə Fumio Kişida parlamentin aşağı palatasındakı çıxışında bildirib.
"Biz Çinlə müxtəlif səviyyələrdə, o cümlədən ötən ilin noyabrında prezident Si Cinpinlə keçirdiyim zirvə görüşüm zamanı əlaqə saxlamışıq . Biz "strateji əhəmiyyət kəsb edən qarşılıqlı faydalı əlaqələri" tam şəkildə inkişaf etdirmək niyyətindəyik, eyni zamanda öz mövqeyimizi müdafiə etməyə davam edirik", - Yaponiyanın baş naziri çıxışında qeyd edib.
Teqlər:
"Yaponiyan\u0131n ba\u015f naziri \u00c7inl\u0259 konstruktiv \u0259laq\u0259l\u0259r qurmaq niyy\u0259tind\u0259dir"