Menyu

2023-cü ildə 10 mindən çox şəxsə onkoloji xəstəlik səbəbindən əlillik təyinatı aparılıb

Nərmin Qocamanlı
2023-cü ildə 10 mindən çox şəxsə onkoloji xəstəlik səbəbindən əlillik təyinatı aparılıb
1 dəq oxu

"Ötən il 10 mindən çox şəxsə onkoloji xəstəlik səbəbindən əlillik təyinatı aparılıb".

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ötən ildən həmin xəstələr sosial-psixoloji müayinələrə cəlb olunurlar:

"2023-cü ildə 185 onkoloji xəstə bu layihə çərçivəsində müayinə olunub".

Əlaqəli Xəbərlər