Menyu

Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib - FOTO

Azərbaycan icması Romada dinc etiraz aksiyası keçirib - FOTO

Roma şəhərinin məşhur “Piazza dei Santi Apostoli” meydanında İtaliyada yaşayan Azərbaycan icmasının dinc etiraz aksiyası keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası və Azərbaycan Diaspor Gənclərinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistan tərəfinin Azərbaycan ərazisində ekoloji terroru davam etdirməsi, regionda sülhə əngəl törətməsi, mina xəritələrini Azərbaycana təhvil verməməsi, beynəlxalq hüququn tələblərini və insan haqlarını pozması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edilib.

“Biz sülh istəyirik!”, “Mina terrorunu dayandırın!” və başqa şüarları nümayiş etdirən aksiya iştirakçıları beynəlxalq birlikdən ədalət tələb ediblər.

Xatırladaq ki, hazırda Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində eyni xarakterli silsilə tədbir və aksiyalar keçirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər