Menyu

QAİ senator Ben Kardinin azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyir

Nərmin Qocamanlı
QAİ senator Ben Kardinin azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyir
1 dəq oxu

Qərbi Azərbaycan İcması senator Ben Kardinin azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir:

"Qondarma “amerikan müstəsnalığı”nın əsiri olan Ben Kardinə görəsən kim “beynəlxalq ictimaiyyət” adından danışmaq səlahiyyəti verib! 
“Beynəlxalq ictimaiyyət” təkcə ABŞ senatından ibarət deyil. Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il rəhbərlik edən Azərbaycana 120 ölkənin etimadıdır. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir. 

Səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-ın özündə yerli amerikanların hüquqlarının təmin olunması ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın".

Əlaqəli Xəbərlər