http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Serotonin miqdarı normada olmadığı zaman orqanizmdə hansı problemlər yaranır?

31 Yanvar 2024 , 16:45
Serotonin miqdarı normada olmadığı zaman orqanizmdə hansı problemlər yaranır?

Serotonin orqanizmdə bir çox psixoloji və fizioloji funksiyaların yerinə yetirilməsində mühüm rol oynayır. Yuxu, həzm kimi fizioloji funksiyalara kömək edir. Əhvalın tənzimlənməsi baxımından da serotonin vacibdir. Elə bununla əlaqədar olaraq serotoninə "xoşbəxtlik hormonu" deyirlər, çünki onun miqdarı yüksək olduğu zaman insan özünü daha gümrah və enerjili hiss edir. 

Bəs serotonin əskikliyi orqanizmə necə təsir göstərir və onu hansı yollarla bərpa etmək olar?

Mövzu ilə əlaqədar nevroloq həkim Babək Aslanov "Operativ Media"ya açıqlamasında qeyd edib ki, serotonin ən vacib neyromediatorlardan biridir:

"Neyromediator beyində sintez olunan maddələrdir və beyin hüceyrələri arasında əlaqə yaradır. Serotonin çatışmazlığı insanda passivlik, bədbinlik, depressiv hallar yaradır, aqressiyaya səbəb olur, iştahsızlıq yaradır və insan həyatdan zövq ala bilmir. İstənilən hormonun bədəndə normal səviyədə olması üçün orqanizm normal rejimdə fəaliyyət göstərməlidir. İlk növbədə yuxu rejiminə diqqət yetirmək lazımdır. Orqanizm gecələr melotonin, yəni yuxu hormonu ifraz edir, səhər erkən saatlarda isə stress hormonu olan kartizol ilə bədən aktivləşir. İnsan orqanizmi aktiv olmalıdır, bunun üçün də yaş təbəqələrinə uyğun olaraq aktiv fiziki hərəkətlər mütləqdir. İstənilən neyromediatorun, o cümlədən serotoninin sintezi üçün lazım olan maddələr qidalardan və onların tərkibindəki amin turşularından, vitamin və mikromentlərdən alınır. Bunun üçün də çoxçeşidli qidalanma lazımdır ki, bu materiallar bədəndə kifayət qədər olsun. Xüsusilə B və D vitamini, Omeqa-3, dəmir, kalsium, triptofan və s. istifadə olunmalıdır".

Nevroloq həmçinin serotonin miqdarının həddən artıq olmasının yaratdığı təhlükələrdən də danışıb:

"Müxtəlif infeksion xəstəliklər, beyin və ürək xəstəlikləri zamanı, həmçinin antidepressantların istifadəsi zamanı serotonin miqdarı həddindən çox olur. Tibbdə serotonin sindromu deyilən məfhum var ki, bu hətta insanın ölümü ilə də nəticələnə bilər. Serotonin miqdarı kritik həddə çatana qədər özünü panik atak, təşviş pozuntuları, həyəcanlılıq ilə göstərir. Daxili orqanlarda isə mədə-bağırsaq pozulmaları, ürək ritminin pozulması, əzələlərdə ağrılar, hətta epilektik qıcolmalar müşahidə oluna bilər".

Psixoloq Gülər Məmmədova isə qeyd edib ki, insanda stressə meyil varsa, serotonin hormonunun aşağı düşmə ehtimalı yüksək olur:

"Buna görə də insanlar öz daxili potensialını dəyərləndirməlidir. Özünü narahat edən genetik faktorları, nevroloji problemləri müəyyən edib, onları həll etməyə çalışmalıdır. Öz problemlərini, onları düşündürən, beyinlərində sual yaradan məsələləri aydınlaşdırmalı və həllinə fokuslanmalıdırlar".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

Paytaxtda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olunub

Paytaxtda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olunub

XƏBƏR LENTİ
  • 13:20

    “Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon iştirakçılarının diqqətinə: hava necə olacaq?
  • 13:12

    Neftçilərə yeni mənzillər təqdim edilib
  • 13:02

    Səbaildə quldurluq edən şəxs saxlanılıb
  • 12:59

    Zaxarova: Alyansın keçirdiyi təlimlər NATO-nun Rusiyaya qarşı münaqişə niyyətini göstərir
  • 12:50

    Bazar günü hava necə olacaq?
  • 12:46

    Məşhur əmtəə nişanlarından istifadə edərək saxta yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb
  • 12:43

    Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək
  • 12:40

    Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib
Menyu