http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB

04 May 2024 , 13:38
Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB

Bu gün iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanış olublar.

“Operativ Media SOCAR-a istinadən xəbər verir ki, Bakının Səbail rayonunda Bibiheybət ərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub.

2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla, ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşası davam edir.

Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.

Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşası tamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzil sahibləri arasında birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.

Tədbirdə evlərin sənədləri sahiblərinə təqdim edilib. Yeni ev sahibi olan əməkdaşlar mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində göstərilən dəstəyə görə təşəkkür ediblər.

Daha sonra tədbir iştirakçıları yaradılmış şəraitlə tanış olmaq məqsədilə mənzillərdə olublar.

***

13:12

Ölkənin iqtisadi qüdrətinin artırılmasına töhfə verən neftçilərin rifahının yüksəldilməsi dövlətin sosial siyasətində mühüm yer tutur.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“SOCAR-ın prezidenti, həmkarım Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri ilə birlikdə "Neftçi" mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində görülən işlərlə tanış olduq və yeni mənzil sahiblərinə çıxarışları təqdim etdik. Neftçi ailələrinin hər birinin sevincinə şərik olur, onlara bu mənzillərdə firavan həyat və xoş günlər diləyirik”,- deyə nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış, qar yağıb - FAKTİKİ HAVA

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq

XƏBƏR LENTİ
  • 10:37

    Məleykə Abbaszadə: Builki keçid ballarının artması yüksək prestijli ixtisaslarda ola bilər
  • 10:36

    Məleykə Abbaszadə: Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub
  • 10:22

    Bakıda qanunsuz tikintilərin qarşısı alınıb (VİDEO)
  • 10:21

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 10:17

    Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
  • 10:15

    Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb (FOTO)
  • 09:54

    Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində, Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib
  • 09:50

    Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Menyu