Rusiya yenilənmiş "MS-21" təyyarəsinin sınaqlarını başa çatdırıb

Operativ Media
Rusiya yenilənmiş "MS-21" təyyarəsinin sınaqlarını başa çatdırıb

İrkut Korporasiyası "MS-21" təyyarəsinin statik sınaqlarını tamamlayıb. 

"Operativ Media"nın xəbərinə görə, "Rostec" laynerin güc xüsusiyyətlərini təsdiqləyib.

Təyyarənin gövdəsi bu il əsaslı təmir olunub və kobud enişlərə, şaquli vəziyyətdə artıq sürətə tab gətirmək qabiliyyəti sınaqdan keçirilib. Bundan əlavə, təyyarənin təcili eniş sınağı keçirilib.

"Alınan nəticələr dizaynda qeyd olunan bütün parametrləri tam təsdiqləyib. Sınaqlar zamanı sübut olundu ki, yüklənmə həddi aşıldığında, eniş şassisi təyyarədən təhlükəsiz şəkildə ayrılır", - Rostec-in press-relizində qeyd olunub.

Qeyd edək ki, noyabrda Rusiya hökuməti MS-21 istehsalını genişləndirmək üçün 15 milyard rubl ayırıb.

Digər xəbərlər