Menyu

XİN sözcüsü çexiyalı spikerə cavab verib

Nərmin Qocamanlı
XİN sözcüsü çexiyalı spikerə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN sözcüsü "X"də bildirib.

"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı" , - o bildirib.

Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda Ermənistan parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər