Menyu

Paşinyan Rusiyanın Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşı ola bilməyəcəyini bildirib

Paşinyan Rusiyanın Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşı ola bilməyəcəyini bildirib
1 dəq oxu

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə respublikanın əsas tərəfdaşı ola bilməz.

"Operativ Media" xəbər verir ki, o, bu fikri ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.

"Biz başa düşməliyik ki, həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97%-i Rusiya Federasiyasının payına düşürdü, indi bu həm obyektiv, həm də subyektiv səbəblərə görə baş verə bilməz", - hökumət başçısı bildirib. 

Əlaqəli Xəbərlər