Menyu

Paşinyan: KTMT həlledici anda Ermənistanı öz problemləri ilə baş-başa buraxdı

Paşinyan: KTMT həlledici anda Ermənistanı öz problemləri ilə baş-başa buraxdı

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ən həlledici anda respublikanı öz problemləri ilə tək qoyub. 

"Operativ Media" xəbər verir ki, o bu fikri ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.

"Uzun müddət bizim təhlükəsizlik konsepsiyamız belə idi: Ermənistan KTMT-nin üzvüdür, Qarabağ problemi beynəlxalq səviyyədə tanınmış münaqişədir, ona görə də Ermənistan üçün təhlükəsizlik problemi yoxdur, biz diqqəti Qarabağ probleminin həllinə yönəltməliyik. Məlum oldu ki, KTMT nəinki Ermənistanın təhlükəsizliyini təmin etməyib, hətta ən həlledici məqamda, "öz problemlərini özün həll et" deyib. İndi biz çalışmalıyıq ki, mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin edək", - hökumət başçısı bildirib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər