Menyu

Orban: Aİ-nin 50 milyard avroluq yardımı Ukrayna iqtisadiyyatını dəstəkləyəcək

Nərmin Qocamanlı
Orban: Aİ-nin 50 milyard avroluq yardımı Ukrayna iqtisadiyyatını dəstəkləyəcək

"Kiyevə 50 milyard avro həcmində yeni makromaliyyə yardımı paketi Ukrayna Silahlı Qüvvələrinə silah almaq üçün deyil, Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün istifadə olunacaq".

"Operativ Media" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

O, qeyd edib ki, belə dəstək olmasa, bu Şərqi Avropa ölkəsinin maliyyə sistemi çökəcək.

Eyni zamanda, hökumət başçısı əlavə edib ki, vaxt Rusiyanın tərəfindədir və Aİ fərqli düşünsə də, güc balansı Kiyevin xeyrinə dəyişməyəcək.

Qeyd edək ki, bir gün əvvəl Brüsseldə keçirilən sammitdə 27 Aİ liderinin hamısı Ukraynaya 50 milyard avro ayırmağa razılaşıb.

Nərmin Qocamanlı

Teqlər:

"Orban: A\u0130-nin 50 milyard avroluq yard\u0131m\u0131 Ukrayna iqtisadiyyat\u0131n\u0131 d\u0259st\u0259kl\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər