Menyu

Peskov: Putinin Ərdoğanla görüşündə Ukrayna mövzusu müzakirə olunacaq

Nərmin Qocamanlı
Peskov: Putinin Ərdoğanla görüşündə Ukrayna mövzusu müzakirə olunacaq

"Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşdə Ukrayna mövzusu müzakirə olunacaq".

"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Görüşdə Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, Ukrayna da daxil olmaqla regional məsələlər müzakirə olunacaq", - Peskov qeyd edib.

Qeyd edək ki, Putinin yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyi gözlənilir.

Türkiyə mediasında yayılan məlumata görə, səfər 12 fevralda baş tutacaq.

Kreml səfərin dəqiq tarixini hələlik açıqlamayıb.

Nərmin Qocamanlı

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər