http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Monitorinq qrupu: Sülhməramlılarla təmaslar davam etdiriləcək

07 Dekabr 2022 , 15:14
Monitorinq qrupu: Sülhməramlılarla təmaslar davam etdiriləcək

2022-ci il dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

"Operativ Media"nın xəbərinə görə, İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib ki, görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib.

Görüş konstruktiv ruhda keçib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu