Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında müqavilələrin ratifikasiyasını təsdiqləyib.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya Prezidenti oktyabrın 3-də Dövlət Duması, 4-də Federasiya Şurasının ratifikasiya etdikləri müqavilələri və federal qanunu imzalayıb.