http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sülhməramlılara xatırlatma: Adınızın qarşısındakı müvəqqəti sözünü unutmayın - ŞƏRH

07 Dekabr 2022 , 15:40
Sülhməramlılara xatırlatma: Adınızın qarşısındakı müvəqqəti sözünü unutmayın - ŞƏRH

Qarabağdakı rus sülhməramlılarının qan qaraldan davranışları davam edir. İşləri sülh və dincliyin bərqarar olmasına nəzarət etmək olan bu qüvvələrin davranışları çərçivəsindən çıxıb. Azərbaycanın suveren ərazisində hərəkət edən vətəndaşlarının qarşısına çıxırlar, yollarını kəsirlər. Yollarını kəsməli olduğu erməni silahlı birləşmələrinə ötürülən silah-sursatlar olmalıdır, qarşılarına çıxdıqları Qarabağdan çıxarılan Azərbaycana məxsus faydalı qazıntılar daşıyan yük maşınları olmalıdır, Azərbaycanın media şirkətlərinə məxsus avtomobillər yox...

Təhlükə silahsız azərbaycanlılardan yox, qanunsuz silahlandırılan ermənilərədən olacaq. Hansı ki, adları sülhməramlı olan bu hərbçilər ermənilərə nəzarət etməli idi. üçtərəfli bəyanat 3-cü ilinə keçəcək, amma bu sülhməramlıar hələ də vəzifələrini bilmirlər, ya da bilirlər, lakin erməniləşiblər. Onlara sülhməramlıların davranış qaydalarını xatırlada bilərik. Məsələn BMT sülhməramlıları, Azərbaycan sülhməramlıları...

Azərbaycan sülhməramlıları haqqında danışaq:

Nümunəvi xidməti ilə Əfqanıstanda, İraqda, Kosovoda, Cənubi Sudanda illərdir fəaliyyət göstərən azərbaycanlı sülhməramlılar xidmət etdikləri ölkələrdə dövlətin vətəndaşlarına, onun sərhədlərinə xüsusi həssaslıqla yanaşıblar. İndiyə kimi heç bir İraq və Əfqanıstanda fəaliyyət göstərən media qurumu demədi, bildirmədi ki, Azərbaycan sülhməramlılarının davranışında qüsur var. 1999-cu ildən bu yana tək gələn xəbərlər, Azərbaycan sülhməramlılarının nümunəvi fəaliyyəti haqqında olub.

Sonuncu dəfə, 2021-ci ildə Kabil hava limanında Azərbaycan sülhməramlılarının davranışları, sülhməramlı sözünə əsl sinonim idi. Çünki Kabil hava limanı Əfqanıstanın ən strateji obyektidir.

On görə də adı sülhməramlı olan Qarabağdakı rus hərbçiləri silahla azərbaycanlıların qarşılarına çıxmaqla kobud şəkildə pozuntu edir. Normal fəaliyyətiniz üçün Azərbaycan sülhməramlıları sizinlə təcrübələrini paylaşa bilər, əsas öyrənmək istəyinizdir. Adınızın əvvəlində olan müvəqqəti sözünü də yaddan çıxarmayın.

Siz, rus sülhməramlıları BMT-nin qətnamələri və eyni zamanda, ölkənizin rəhbərliyi tərəfindən tanınan Azərbaycanın suveren ərazisindəsiniz. Ona görə, azərbaycanlılara “bura, ora sizin ərazinizdir və ya əraziniz deyil” deməklə nə qədər məlumatsız olduğunuzu biruzə verirsiniz. Müasir olun, açıq gözlü olun. Dünya UAZ-dan çox irəli gedib... 

Samir Cabbarov  - Operativ Media.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu