Menyu

Ermənistan XİN: Azərbaycan nümayəndələri ilə ilin sonuna qədər daha bir görüş ola bilər

Operativ Media
Ermənistan XİN: Azərbaycan nümayəndələri ilə ilin sonuna qədər daha bir görüş ola bilər

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşünün keçirilə biləcəyini istisna etmir.

"Operativ Media"nın xəbərinə görə, erməni nazir parlamentdə bildirib ki, konkret razılaşmalar yoxdur, amma belə bir görüş ilin sonuna qədər baş tuta bilər.

"Sülh danışıqları çərçivəsində müzakirələr fəal şəkildə davam edir. Ermənistan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini alıb və artıq cavab hazırlayır.

Tərəflərin yanaşmaları hələ də bir-birindən uzaqdır, lakin Ermənistan və Azərbaycan onları yaxınlaşdırmağa çalışır".-deyə o vurğulayıb.

Əlaqəli Xəbərlər