Menyu

Türkiyə XİN rəhbəri Maltaya səfər edəcək

Nərmin Qocamanlı
Türkiyə XİN rəhbəri Maltaya səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan 5-6 fevral tarixlərində Maltaya rəsmi səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Hakan Fidan səfər çərçivəsində Maltanın Xarici İşlər, Avropa İşləri və Ticarət naziri İan Borq ilə görüşəcək, həmçinin Prezident Corc Vella və Baş nazir Robert Abela tərəfindən qəbul ediləcək.

Görüşlərdə ikitərəfli münasibətlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Teqlər:

"T\u00fcrkiy\u0259 X\u0130N r\u0259hb\u0259ri Maltaya s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər