Azərbaycan XİN Çilidə baş vermiş meşə yanğınları ilə əlaqədar başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Çilidə baş vermiş meşə yanğınları ilə əlaqədar başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.
"Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyük miqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - deyə qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma