Menyu

Gürcüstan prezidenti istefa vermək fikrində olmadığını bildirib

Nərmin Qocamanlı
Gürcüstan prezidenti istefa vermək fikrində olmadığını bildirib
1 dəq oxu

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentə illik hesabat verir. Bu, onun prezident kimi son illik hesabatıdır. Onun səlahiyyət müddəti 2024-cü ilin payızında başa çatır.

"Operativ Media" xəbər verir ki, Salome Zurabişvili vəzifəsini tərk etmək fikrində olmadığını bildirib.

Bundan əvvəl hakim “Gürcü arzusu”nun üzvləri bəyan etmişdilər ki, Zurabişvili eks-baş nazir Giorgi Qaxariya və keçmiş ictimai müdafiəçi Nino Lomcaria ilə birlikdə 2024-cü ildə keçiriləcək parlament seçkiləri üçün partiya yaratmağı planlaşdırır. Zurabişvili də öz növbəsində seçkilərdə iştirakını istisna etməyib, lakin təfərrüatlara varmayıb.


 

Əlaqəli Xəbərlər