Ermənistanın baş naziri Nikol Paşinyana etimad səviyyəsi azalıb.
"Operativ Media" xəbər verir ki, bunu “Gallup International Association” Ermənistanda keçirdiyi sorğudan sonra açıqlayıb. Sorğu yanvarın sonunda keçirilib və nəticələr bu gün dərc olunub.
Sorğunun nəticələrinə görə, respondentlərin 38,1%-i Ermənistanın baş nazirinə ümumiyyətlə etibar etmir (2023-cü ilin noyabrında bu, 35,5%), 15,1%-i Paşinyana tam etibar edir (noyabrda 20,4%).
Sorğu iştirakçılarının 28,3%-i ümumiyyətlə etibar etmir (noyabrda 18,6%), 13,1%-i əsasən etibar edir, respondentlərin 4,6%-i cavab verməkdə çətinlik çəkib.