Hollandiyada Rusiyanın 660 milyon avrodan çox aktivləri dondurulub
Nərmin Qocamanlı
Yanvarın 11-də Hollandiyada Rusiyadan olan fiziki və hüquqi şəxslərin 660 milyon avro dəyərində aktivləri dondurulub.
"Operativ Media" bu barədə Rusiyanın bu ölkədəki səfiri Vladimir Tarabrin " Rossiya 24" telekanalında bildirib .
"Hollandiya Avropa İttifaqının anti-Rusiya təşəbbüslərində ön sıralarda olmağa çalışır. Bu, ölkəmizə qarşı birtərəfli məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarət səylərinə də aiddir. Yanvarın 11-nə fiziki və hüquqi şəxslərin maliyyə aktivləri burada 660 milyon avrodan çox vəsait dondurulub”, - səfir bildirib.
Teqlər:
"Hollandiyada Rusiyan\u0131n 660 milyon avrodan \u00e7ox aktivl\u0259ri dondurulub"