Menyu

"Azərbaycanda keçirilən seçki dünya ölkələrinin diqqətindədir" - Politoloq

Nərmin Qocamanlı
"Azərbaycanda keçirilən seçki dünya ölkələrinin diqqətindədir" - Politoloq

“Azərbaycanın həm srtateji baxımdan, həm də siyasi baxımdan çox gözəl mövqeləri var. Elə buna görə də, bu mövqelər beynəlxalq birlik tərəfindən daim dəyərləndirilir”.

Bunu “Operativ Media”ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq Tural İsmayılov: “Dünyanın Xankəndi-Şuşa yolunda keçirilən  etirazları görməməsi böyük ədalətsizlikdir”

Politoloq deyir ki, Azərbaycanda keçirilən seçki dünya ölkələrinin diqqətindədir. Dövlət başçısının ünvanına ilk dəqiqələrdən gələn təbriklər buna bariz nümunədir:

“Cənab İlham Əliyevin qələbəsi müstəsna əhəmiyyətə malikdir. Çünki, Azərbaycan tarixi bir gündə növbədənkənar prezident seçkilərini keçirdi. İlk dəfə ölkəmizin bütün ərazilərində konstitutsion hüquqları çərçivəsində seçki baş tutdu. Belə bir möhtəşəm seçki prosesi başa çatdı. Nəzərə almaq lazımdır ki, hamının diqqəti qələbədən sonra Azərbaycana yönəldi. Azərbaycanda dünya ölkələrinə örnək olan mükəmməl bir seçici aktivliyi ilə seçkinin təşkil edilməsi xüsusi diqqətəlayiq bir hadisə idi. Elə buna görə də, bizim seçkiyə olan diqqət və maraq özünü ilk dəqiqələrdən göstərdi”.

Tural İsmayılovun sözlərinə görə, “Ekzit-poll”un nəticələri elan olunan vaxtdan artıq dövlət başçısını Azərbaycanın tərəfdaşları təbriklərə başladı:

“Ekzit-poll”un artıq ilk nəticələri onu göstərdi ki, İlham Əliyev digər namizədlərdən nəzərəçarpacaq dərəcədə üstündür. Namizədlərdə başa düşürdü ki, Xankəndidə Azərbaycan bayrağını qaldıran, çətin geopolitik şəraitdə uğurlu siyasət yeridən İlham Əliyevlə rəqib olmaq asan deyil. Hər halda bu seçkidəki demokratiyadan istifadə edən bütün namizədlər və onların nümayəndələri cəmiyyətlə daha geniş ünsiyyətdə oldu. Azərbaycanın həm srtateji baxımdan, həm də siyasi baxımdan çox gözəl mövqeləri var. Elə buna görə də, bu mövqelər beynəlxalq birlik tərəfindən daim dəyərləndirilir”.

Teqlər:

"\"Az\u0259rbaycanda ke\u00e7iril\u0259n se\u00e7ki d\u00fcnya \u00f6lk\u0259l\u0259rinin diqq\u0259tind\u0259dir\" - Politoloq"

Əlaqəli Xəbərlər